Həkim 3 yaşlı qızın boğazında sarğı bezi unutdu - VİDEO

Türkiyədə 3 yaşlı qız ağ xalat geyinənlərdən qorxur.
BiG.AZ xəbər verir ki, Trabzonda əməliyyat zamanı boğazında 15 santimetrlik sarğı bezi unudulan Beria Sunun ailəsi qızlarının psixologiyasının pozulduğunu və buna görə də ağ xalat geyinən hər kəsdən qorxduğunu bildirib.
Ailənin şikayətindən sonra artıq həkimlə bağlı araşdırmalara başlanılıb.
Belə ki, həkim M.İ boğazındakı ağrıya və linfa vəzlərinin şişməsi ilə bağlı olaraq Beria Suya əməliyyat məsləhət görüb. Əməliyyatdan sonra evə buraxılan Beria Sunun üzündə göyərmələr və nəfəs almasında problemlər yaranıb.
Qızının boğulduğunu görən ata Burak Kolçu qızının boğazında ağ bir cismin olduğunu görüb. Boğazındakı cismi çıxarıldıqdan sonra Beria Su özünə gəlib. Ailə bu hadisədən sonra qızlarının psixologiyasında problemlər yarandığını vurğulayıb.
www.anews.az
























