• $
  • €
  • ₽
  • ₺
  • £

NASA-dan Türkiyəyə SOS: Fırtına, dolu, leysan…

NASA-dan Türkiyəyə SOS: Fırtına, dolu, leysan…
31.07.2018 13:43
Türkiyədə şiddətli hava hadisələri daha çox yaşanacaq. İstiləşmənin təsiri daha çox şəhərlərdə görünəcək. Bunun səbəbi intensiv betonlaşmadır.

Axar.az xəbər verir ki, bu sözləri NASA-nın hava eksperti Timoti Hall Türkiyədə, xüsusən İstanbulda son zamanlar tez-tez yaşanan dolu, fırtına, sel kimi təbiət hadisələrinin səbəbləri barədə danışarkən deyib:

"İstanbulda yaşananların bir səbəbi də qlobal istiləşmədir. Qlobal istiləşmə şiddətli yağışları daha yüksək həddə çatdırır. Eyni şeyləri göy gurultusu və ya dolu ilə bağlı da demək olar. Yalnız Türkiyədə deyil, dünyanın bir çox yerində də bu tip hadisələr getdikcə artmaqdadır. Qlobal istiləşmə daha çox su buxarının yaranmasına zəmin yaradır. Nəm isə göy gurultusu və leysan yağışların yağmasına səbəb olur. Qısa şəkildə desək: su buxar formasında artır, küləklər sürətlə bir yerə toplanır, hava sürətlə yuxarı qalxır, buxar soyuyur və yağış olaraq geri qayıdır. Yağdıqdan sonra isə daha çox istiliyə səbəb olur. Nə qədər çox buxar olsa, şiddətli hava hadisələrinin də ehtimalı artır.

Aralıq dənizi sahilləri barədə xəbərdarlıq

Xüsusən Aralıq dənizi sahillərində fırtına və buna bənzər hadisələr artacaq. Əlbəttə, Meksika körfəzindəki kimi fırtına və burulğanlardan bəhs etmirəm, amma kəskin hava hadisələrində artım qeydə alınacağı bir həqiqətdir. Bütün bunlar dəniz səviyyəsini artıra və sahillərdə selə səbəb ola bilər. Bir çox şəhərlərdə sel və daşqınların səbəbi kəskin yağışlardan daha çox betonlaşmadır. Bilirsiniz ki, torpaq kəskin yağışın böyük bir hissəsini içinə çəkir. Ancaq torpaq yerinə beton və ya asfalt qoysanız, su toplanır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol