Paşinyan Trampla görüşmək istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampla görüşə bilər.
AzVision.az xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bu gün keçirdiyi brifinqdə Paşinyanın BMT Baş Assambleyasının sessiyasının açılışında iştirak edəcəyini deyib.
Onun sözlərinə görə, sessiyada iştirak üçün ABŞ-a səfəri çərçivəsində Paşinyan bir sıra görüşlər keçirəcək.
"Onların sırasında ABŞ prezidenti Donald Trampla da görüşün keçirilməsi mümkündür. Amma hələ yekun razılıq yoxdur”, – deyə Balayan bildirib.
www.anews.az
























