• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist Orxan Camalın ölümünə nə səbəb olub?

Jurnalist Orxan Camalın ölümünə nə səbəb olub?
01.08.2018 11:10
Mərkəzi Afrika Respublikasında güllələnərək öldürülən azərbaycan əsilli jurnalist Orxan Camal haqqında maraqlı məlumatlar ortaya çıxıb. 

BAKU.WS-in məlumatına görə, 12 noyabr 1966-cı ildə Moskva şəhərində anadan olan Orxan, rəssam Cövdət Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın isə oğludur. 

Orxan Rusiya paytaxtındakı Serqo Orconikidze adına rusiya dövlət geoloji kəşfiyyat universitetinin məzunudur. 1988-ci ildən televiziyada çalışıb, "Zdorovye" (rus. Здоровье) kimi məşhur teleproqramının rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş Orxan 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Onun imzası "Veçernyaya Moskva", "Veçerniy kuryer", "Nezavisimaya qazeta", "Novaya qazeta", "Versiya" kimi nəşrlərdə görünüb. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi "qaynar nöqtələr"də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan Orxan 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.

2000-ci ildə Orxan Camal Dini Jurnalistlər İttifaqının təsisçilərindən biri olub. 2005-ci ildə Rusiya Jurnalistlər Birliyi yanında "Tədqiqat komitəsi" jurnalist araşdırmaları Agentliyinin təsis edib və onun icraçı direktoru olub. Bundan başqa, o, 2003-cü ildə "Travel" janrında ən yaxşı jurnalist adı qazanıb. Xanımı İrina Qordienko da qələm sahibidir.

31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib.

Orxan Camal 51 yaşında həlak olub. Peşəkar jurnalist iddialara görə, Mərkəzi Afrika Respublikasında Rusiyanın muzdlu hərbçiləri barədə araşdırma aparırdı. Bu ilin aprelində Fransanın "Le Monde" qəzeti MAR-da Rusiyanın muzdlularının olduğunu yazıb. 

2017-ci ilin oktyabrında Soçidə Mərkəzi Afrika Respublikası prezidenti Faustin-Archange Touadéra və Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrov arasında görüş baş tutub. Bu görüşdən sonra Moskva BMT-dən MAR-a silah göndərilməsi ilə bağlı qadağanı aradan qaldırmağı xahiş edib. 

2018-ci ilin martında isə Rusiyanın Xarici İşlər Nazirliyi bildirdi ki, MAR-ın prezidentinin xahişinə uyğun olaraq Rusiya tərəfi bu ölkəyə pulsuz olaraq hərbi-texniki kömək göstərmək barədə qərar qəbul edib.

Bu ilin qışında Rusiyadan Mərkəzi Afrika Respublikasına silah və sursatların bir hissəsi göndərilir. Həmçinin, Rusiya Mərkəzi Afrika Respublikasında "hərbi qulluqçuların hazırlığı üçün" beş rus hərbçisi və 170 Rusiya vətəndaşı olan təlimatçını göndərib. "The Bell" nəşrinin mənbəyi iddia edirdi ki, bu ilin iyun ayından etibarən "Vaqner" silahlı qruplaşmasının əməkdaşları Mərkəzi Afrika Respublikasının silahlı qüvvələrinə məşq keçir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol