Piramidalarla bağlı daha bir sirr açıldı

Piramidalar minlərlə il əvvəl qədim misirlilər tərəfindən tikilsə də, hələ də onlarla bağlı sirlər qalmaqdadır.
Alimlər Misirdəki Qiza piramidasında elektromaqnit dalğalarının piramidanın kiçik otaqlarında və zirzəmisində fokuslandığını kəşf ediblər.
ITMO universitetinin tədqiqatçıları və Laser Zentrum Hannover bildiriblər ki, 146 metr hündürlüyü olan tikili kiçik otaqlarında və zirzəmisində elektromaqnit dalğalarını hava boşluğunda cəmləşdirməyə qadirdir.
Araşdırma nəticələri "Journal of Applied Physics" jurnalında nəşr edilib.
Qeyd edək ki, tədqiqatçılar bu kəşfin gələcəkdə günəş panellərinin, sensorların inkişafında istifadə olunan nanopartikülyarın formalaşdırılmasında istifadə olunacağını planlaşdırırlar.
mənbə: milli.az
www.anews.az
























