• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın qərarı Ermənistan ordusunda aclıq yaradıb

Paşinyanın qərarı Ermənistan ordusunda aclıq yaradıb
02.08.2018 13:01
Baş nazir Nikol Paşinyan Ermənistan ordusunda xidmət edən əsgərlərə evdən yemək və paltar göndərilməsini qadağan edəndən sonra, Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi və hərbi komandanlıqlar orduda müqavilə əsasında xidmət edən hərbi qulluqçulara verilən ərzağı kəsməyə başlayıb.
 
AzVision.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” agentliyi hərbi hissələrdəki mənbəyə əsasən məlumat yayıb. 

Adının çəkilməsini istəməyən vəzifəli şəxs bildirib ki, artıq bir neçə gündür müqavilə əsasında muzdla işləyən hərbi qulluqçular hərbi hissələrin hesabına yemək yeyə bilmirlər və nəticədə aclıqdan əziyyət çəkməmək üçün özlərilə qida gətirməkdən başqa çıxış yolları qalmır. 

Agentliyə məlumat ötürən mənbə deyib ki, hərbi hissə komandanlıqları döyüş yox, sadəcə texniki xidmət keçən müqaviləli hərbi qulluqçulara ümumiyyətlə yemək verilməməsilə bağlı "yuxarıdan” əmr alıblar.

Bu mənada "Sputnik Ermənistan” qeyd edir ki, orduda vəziyyət olduqca gülməli və maraqlı hal alıb. Belə ki, baş nazir əsgərlərin evdən göndərilən müxtəlif məhsullarla təchiz edilməsinə qadağa qoyur, əvəzində isə müqaviləli hərbçilərə verilən təminatlar azaldılır, yaxud yalnız öz hesablarına ərzaq almaları tapşırılır. 

Agentlik yazır ki, Ermənistan ordusundakı müqaviləli hərbçilərə hökumət ayda cəmi 110 min dram (200 ABŞ dolları) pul verir: "Aylıq ərzaq təminatlarını ödəmək üçün hərbçilər azı 20 min dram pul xərcləməlidirlər. Bu zaman sual yaranır: bəs ailələrini necə dolandırsınlar?” 

Agentliyin mənbəsinin məlumatına görə, başlıca problemlərdən biri də hərbçilərin özlərilə gətirdikləri ərzağı saxlamaq üçün hərbi hissələrdə müvafiq şəraitin olmamasıdır. Yay aylarında isə bu problem daha da aktuallaşır. Həmçinin, hərbçilərin hər dəfə özlərilə yemək daşıması çətinlik yaradır. 

Məsələni araşdıran agentlik Ermənistan Müdafiə Nazirliyinə müraciət edib. Nazirlik bütün ittihamları rədd edərək bildirib ki, qida təminatları üçün müqaviləli hərbi qulluqçulara aldıqları maaşlardan əlavə 10 min dram (20 ABŞ dolları) pul verirlər. Hərbi qulluqçular isə indiyədək həmin pulu "görmədiklərini" deyirlər. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol