• $
  • €
  • ₽
  • ₺
  • £

FTB-dən Martin Lüterə məktub: "İntihar et!" - Tam mətn üzə çıxdı

FTB-dən Martin Lüterə məktub: "İntihar et!" - Tam mətn üzə çıxdı
14.11.2014 18:22
Federal Təhqiqat Bürosundan  (FTB) Martin Luter Kinqə göndərilən təhqir dolu məktubun tam mətni ABŞ mediasında dərc olunub.

ANN.Az xəbər verir ki, ABŞ-ın daxili təhlükəsizlik xidməti olan FTB-dən Martın Luter Kinqə gedən imzasız göndərilən məktubda "saxtakar, şeytan, zinaçı" kimi ittihamlar səslənib.Məktub bütöv halda "New York Times"da dərc olunub. Kinqin məşhur "Bir arzum var" adlı nitqindən sonra göndərilən imzasız məktub müəyyən hissələri ixtisar olunmaqla daha əvvəllər mətbuatda dərc olunub. Adına "intihar məktubu" deyilən sənəddə FTB Kinqdən "intihar etməsini istədiyi" iddia edilirdi.Məktubun senzuralanan hissəsinin əhəmiyyətli bir qisimində Martın Luter Kinqin cinsi həyatı ilə əlaqədar olduğu ortaya çıxıb. Məktubda Kinqə "saxtakar, zinaçı, şeytan, pislik, gerizəkalı" kimi təhqirlər söylənilir. Məktubun adsız sahibi Kinqin qadınlarla olan əlaqələrinə dair çox şey bildiyini eyham vurur, "Özünü dinlə, səni pislik, anormal heyvan. səsini yazmışıq" deyərək bir səs yazısı da əlavə edildiyi bildirilir."YALNIZ 34 GÜNÜN VAR"Kinqin və yoldaşlarının "qrup seks", "zina" və "əxlaqsız əlaqələr" yaşadığını irəli sürən məktubda Kinqdən əvvəlki qaradərili  liderlər də xatırladılır və onları Martın Luterdən daha yüksəkdə tutur. Məktub -  "Kinq, sənin üçün edəcək yalnız tək bir şey qaldı. Bunun nə olduğunu bilirsən. Yalnız 34 günün var. İşin bitdi. Sənin üçün yalnız tək bir çıxış yolu var. Pislik, anormal saxtakar şəxsiyyətin ölkəyə göstərilmədən əvvəl bunu etsənsə yaxşı olar" deyərək onu intihar etməyə səsləyir.ABŞ gizli xidmətlərinin uzun illər hədəfində olan qaradərili ölkə vətəndaşlarının haqqları müdafiə edən Martın Luter Kinq  1968-ci il aprelin 4-də Memphisdə 39 yaşında öldürülüb.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol