Rusiya gəmiləri casusluqla ittiham olunur

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Avstraliya kəşfiyyatı ölkə sahillərində dörd Rusiya gəmisinin peyda olduğunu bildirib. Gəmilərin hansı məqsədlə göndərildiyi məlum deyil, ancaq Avstraliya kəşfiyyatı istisna etmir ki, Rusiya hərbi gəmiləri “G-20” sammitinin iştirakçılarının telefon danışıqlarnı dinləyəcəklər. Artıq Avstraliya kəşfiyyatı sammit iştirakçılarına telefon danışıqlarının dinlənilə biləcəyinə dair xəbərdarlıq edib.
Avstraliya xüsusi xidmət orqanlarının əməkdaşı bildirib ki, bu həftə sonu yəqin insidentsiz keçməyəcək. Avstraliyanın baş naziri Toni Ebbot isə bəyan edib ki, Rusiya gəmilərinin gəlişindən təəcüblənmir. Çünki indiki gərgin beynəlxalq situasiyada Rusiya əzələ nümayiş etdirir. “Rusiya gəmilərinin beynəlxalq sularda üzmək ixtiyarı var. Biz gəmilərin gəlişindən xəbərdarıq və izləyirik” baş nazir bildirib.
ANN.Az























