• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya İran-Ermənistan yolunun tikintisinə hazırlaşır

Rusiya İran-Ermənistan yolunun tikintisinə hazırlaşır
07.08.2018 20:44
Rusiya tərəfi İran-Ermənistan dəmir yolunun tikintisi məsələsi üzrə işlərə başlayıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı "Sputnik Ermənistan”ə "Rusiya dəmir yolları” ASC-nin sədrinin birinci müavini Aleksandr Mişarin məlumat verib. 

Onun sözlərinə görə, "Rusiya dəmir yolları” ASC-nin törəmə şirkəti olan "Cənubi Qafqaz dəmir yolları” konsessiya sazişi əsasında Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir və İranla layihənin həyata keçirilməsi vəziyyətində əsas benefisiarlardan biri olacaq. 

"Biz bu məsələ üzərində işlərə başlamışıq. Bu gün bu marşrut multimodal hesab edilir, yəni həm avtomobil, həm də dəmiryol daşımalarını özündə birləşdirir. 

Hesab edirik ki, Ermənistan və İran hökumətləri tərəfindən bu layihənin icrası ilə bağlı göstərilən səyləri davam etdirmək lazımdır”, - Mişarin qeyd edib. 

Ermənistanda hesab edirlər ki, bu yolun tikintisi Ankara və Bakının Yerevanı təcrid etmək cəhdlərini neytrallaşdıracaq. Türkiyə, Azərbaycan və Gürcüstan ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttini istifadəyə verib. 

Bu hadisə Yerevanda ciddi narahatlıq doğurub.

Ermənistan-İran dəmir yolu xətti layihəsinin ümumi dəyəri 3 mlrd. 200 mln. dollardır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol