• $
  • €
  • ₽
  • ₺
  • £

Samsungdan maraqlı yenilik

Samsungdan maraqlı yenilik
13.11.2014 20:35
Qurğu hələ ki, yalnız Cənubi Koreyada satılırCənubi Koreyanın "Samsung Electronics" korporasiyası mobil rabitə modulu ilə təchiz edilmiş kompüterləşdirilmiş saatların satışlarına başlayıb. İstehsalçının ölkəsində yeni qurğuya ilkin tələbat kifayət qədər yüksək olub.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, "Samsung Gear S" modelinin pərakəndə satışa çıxarılmasından bir gün ərzində Koreyanın "KT" və "SK Telecom" operatorları bu cihazın 10 min nüsxəsini satıblar. Qurğu hələ ki yalnız Cənubi Koreyada satılır."Samsung Gear S" smart saatı 480x360 piksel təsvir ölçülü 2 düymlük Super AMOLED ekran, 1 QHs takt tezlikli ikinüvəli prosessor, "Bluetooth" və "Wi-Fi" simsiz rabitə modulları, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz olunub. Akkumulyator batareyasının tutumu 300 milliamper/saat təşkil edir, istehsalçı qurğunun avtonom iş vaxtının iki gün olduğunu bildirib.Qurğunun əsas özəlliyi SİM kartlar üçün slotun mövcudluğudur. Nəticədə bu saatı mobil şəbəkədə zənglərin edilməsi, smartfonla sinxronlaşdırma olmadan müxtəlif mesajların qəbulu və göndərilməsi üçün istifadə etmək olar.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol