• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı oliqarxlar ölkəyə "unitaz"lı lüks maşınlar gətirdi - FOTOLAR

Azərbaycanlı oliqarxlar ölkəyə "unitaz"lı lüks maşınlar gətirdi - FOTOLAR
28.05.2020 23:36
Azərbaycanlı oliqarxlar Avropa istehsalı olan bahalı avtomobilləri Türkiyədə daha lüks və konfortlaşdıraraq alıb, Bakıya gətirirlər.


Unikal.org-un Türkiyənin bu işlə məşğul olan "Ertex Otomotiv” şirkətindən əldə etdiyi məlumata görə, avtombillər daha lüks və konfortlaşdırılaraq bazar qiymətindən 3 dəfə baha ölkəmizə satılır. Bu ilin 6 ayı ərzində azərbaycanlı oliqarxlar (siyasətçilər, diplomatlar, iş adamları, şou-biznes nümayəndələri) bu şirkətdən 10-dan artıq avtomobil alıb.


Hazırda bu ilin sonuna kimi də 10 yaxın avtomobil lüks və konfortlaşdırıldıqdan sonra Azərbaycana göndərilməsi sifarişi verilib.


Qeyd edək ki, şirkət lüks ve konfortlaşdırdığı ən ucuz avtomobilin dəyəri 100 min dollardır.


Şirkətə ən çox sifariş Azərbaycan, Dubay, Qətər və Səudiyyə Ərəbistanıdan olan ölkələrdən verilir. Ümumilikdə, bu ilin 6 ayı ərzində Azərbaycan daxil olmaqla sözügedən ölkələrə Avropa istehsalı olan 47 lüks və konfortlaşdırılmış avtomobil ixrac edilib. Ən çox lüks və konfortlaşdırılmış avtomobillər "Mercedes” markasındadır.


Şirkət "V Class”, "Sprinter”, "Maybach”, "Volkswagen Caravella”, "Crafter" və "Cadillac Escalade" modelindən olan avtomobillərin də daxili dizaynını dəyişir.


Şirkət müştərilərin istəklərinə uyğun olaraq avtomobillərin daxili dizayınını qurur. Belə ki, avtomobillərdə beli masaj edən, istilik, unitaz, havalandırma və ayaq istirahəti xüsusiyyətlərinə sahib kreslolar, yüksək keyfiyyətli səs sistemi, çay-qəhvə maşınları, soyuducu, polad kassa, kompüter, televizor, playstation kimi komponentlər ilə təchiz edir.
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol