Rubl çökür - 9 ayın rekordu

Rus rublu bu gün səhər saatlarından etibarən yenidən ucuzlaşmağa başlayıb.
Axar.az xəbər verir ki, hazırda dolların rubla nisbətdə dəyəri 66,55 rubl olub. Dollar səhər saatlarından etibarən 1 rubl bahalaşıb.
Avro isə 1,15 rubl bahalaşaraq, 77,17 rubla çatıb.
Qeyd edək ki, sonuncu dəfə dollar 66 rublu 2017-ci ilin noyabrında keçmişdi.
ABŞ-ın Rusiyanın dövlət borcuna və dövlət banklarının ABŞ-dakı fəaliyyətinə qarşı sanksiya tətbiq etmək istəməsi haqqında informasiya yayıldıqdan sonra rubl dəyər itirməyə başlayıb. Təkcə rubl dünən dollara nisbətdə 1,51 rubl ucuzlaşaraq 65 dolları keçib.
www.anews.az
























