• $
  • €
  • ₽
  • ₺
  • £

“Onların dolları varsa, bizim də ...” – Ərdoğan

“Onların dolları varsa, bizim də ...” – Ərdoğan
10.08.2018 12:00
Türkiyənin maliyyə sistemi pozmaq vasitəsilə Ankaraya iqtisadi təzyiqlər etmək cəhdinin heç bir perspektivi yoxdur.
 
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rizədə xalq önündə çıxışı zamanı deyib. 

"Əgər onların (ABŞ - red.) dolları varsa, bizim də xalqımız, hüququmuz və Allahımız var.” – deyə, Ərdoğan vurğulayıb. Həmçinin, xalqı müxtəlif ölkələrin Türkiyəyə və onun iqtisadiyyatına qarşı apardıqları çirkin kampaniyaya məhəl qoymamağa çağırıb. 

Qeyd edək ki, Ankara ilə Vaşinqton arasındakı siyasi gərginlik fonunda türk lirəsinin ABŞ dolları qarşısındakı məzənnəsi tarixdə ilk dəfə rekord həddə ən aşağı səviyyəyə düşüb. Belə ki, bu gün 1 dollar 6 lirə, 100 dollar isə müvafiq olaraq 586 lirə dəyərində müəyyənləşib. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi. Nəticədə avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da nahamar olan ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.

Amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatlarılə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol