Rusiya rublu ucuzlaşdı

Rusiyada 2016-cı ilin avqustundan bəri ilk dəfə 1 dollar 67 rubla çatıb.
Oxu.Az "Kommersant” qəzetinə istinadla xəbər verir ki, ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etməsi fonunda Moskva birhasında rublun dollar qarşısında məzənnəsi kəskin şəkildə düşüb.
Moskva vaxtı ilə 10:15-də dolların kursu 67,05 rubla bərabər olub. Bu, 2016-cı ilin avqustundan bəri maksimum göstəricidir.
Avronun kursu isə əksinə ötən günlə müqayisədə qismən enərək, 76,8 rubla bərabər olub.
Xatırladaq ki, ABŞ Dövlət Departamentini avqustun 8-də Skripal işi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalarla bağlı anons verib.
www.anews.az
























