• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın növbəti HƏDƏFİ İngiltərə oldu - Sanksiyaları dəstəkləməsə...

ABŞ-ın növbəti HƏDƏFİ İngiltərə oldu - Sanksiyaları dəstəkləməsə...
13.08.2018 20:43
Dünyada bir çox ölkəyə sanksiya tətbiq etmək qərarı verən və gömrük rüsumlarına dair mübahisəli siyasəti ilə dünyanı ticarət savaşının ucuna gətirən Donald Tramp hökumətindən bir təhdid də İngiltərəyə gəlib.
 
Publika.az xəbər verir ki, ABŞ-ın İngiltərədəki səfiri Vudi Conson İngiltərənin İrana qarşı tətbiq edilən maliyyə sanksiyalarını dəstəkləməsinin lazım olduğunu bildirib.
 
Səfir bu barədə İngiltərənin "Teleqraf” qəzetində dərc edilən məqaləsində yazıb. O qeyd edib ki, İngiltərənin sanksiyaları dəstəkləməməsi ciddi mənfi nəticələr doğuracaq.
 
V.Conson İranın əlindəki pulları vəkalət savaşları və xarici ölkələrdə fəaliyyət göstərən müxalif aktivistlərə xərclədiyini bildirib. Səfir London hökumətini hörmətli diplomatik gücü və təsirini istifadə etməyə çağırıb.
 
"Prezident açıq şəkildə bildirmişdi. İrandakı ticarət çatışmazlıqları qlobal faydalarla qarşılaşdıranları ABŞ ilə həyata keçirdikləri ticarətdə ciddi nəticələr gözləyir”-, səfir qeyd edib.
 
Qeyd edək ki, ötən həftə İngiltərənin Yaxın Şərq əlaqələri üzrə nümayəndəsi Alistayir Bört İranla nüvə razılaşmasını müdafiə etmiş və razılaşmanın bölgənin təhlükəsizliyi üçün mühüm olduğunu vurğulamışdı.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol