• $
  • €
  • ₽
  • ₺
  • £

Rubl və Lirə: Siyasətə qurban gedən iki valyuta

Rubl və Lirə: Siyasətə qurban gedən iki valyuta
13.08.2018 18:43
Hazırda Türkiyə lirəsi ilə Rusiya rublu ABŞ dolları qarşısında sürətlə ucuzlaşmaqda davam edirlər. Ötən həftə ərzində dollar 5 rubl bahalaşaraq, bu gün 68 rubldan yuxarıda möhkəmlənib. Bu, rublun aprel enişindən sonra yeni tarixi minimumdur. Türkiyədə isə dollar 7 lirədən baha satılır.
 
2015-ci ilin yanvarından bu yana rublun belə sürətli enişi müşahidə olunmamışdı. Türkiyə lirəsi sonuncu dəfə 2001-ci ildə belə sürətlə dəyər itirmişdi.

Ümumi cəhət odur ki, həm lirənin, həm də rublun eniş səbəbləri əsasən siyasi xarakterlidir. Hazırda hər iki milli valyuta ABŞ-ın sanksiyalarının təsirilə zəifləməkdədir. Belə ki, ötən həftə Senat Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləmiş, Tramp isə Türkiyədən idxal edilən xammala gömrük rüsumunun qalırıldığını bəyan etmişdi. Rusiyalı ekspertlər tezliklə 1 dolların 70 rubldan baha olacağını da istisna etmirlər.

İki valyutanın bu cür sürətlə zəifləməsi digər ölkələrin pullarına da təsir göstərib. "BRİCS ölkələri” adlanan qrupda Rusiya ilə birlikdə təmsil olunan Braziliya və CAR-ın milli valyutaları peso və rand da uyğun olaraq 3,1% və 2,7% zəifləyiblər. Qeyd edək ki, son vaxtlar Türkiyədə də BRİCS-ə üzvlüklə bağlı müzakirələr gedirdi.

Artıq Avropa Mərkəzi Bankı Türkiyədə bank böhranının başlayacağından və bu prosesin İspaniya, İtaliya, Fransa banklarına da təsirsiz ötüşməyəcəyindən narahatdır. Bu narahatlığın fonunda avro da dollar qarşısında 1%-ə yaxın zəifləyərək, $1,14-a düşüb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol