• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəyə gedənlərin nəzərinə: geri qayıtmalı olacaqsınız...

Türkiyəyə gedənlərin nəzərinə: geri qayıtmalı olacaqsınız...
14.08.2018 10:33
Əsas etibarnaməylə idarə edilən avtomobil vasitəsilə Türkiyəyə səfər etmə proseduru dəyişdirilib.

Axar.az xəbər verir ki, artıq avtomobillə Türkiyəyə səfər etmək üçün idarə etdiyiniz avtomobilin sahibinin əsas etibarnaməsi kifayət etmir. Belə ki, Türkiyə gömrüyü artıq ölkəsinə daxil olan minik avtomobillərinin sürücülərindən idarə etdikləri avtomobilin etibarnaməsi ilə yanaşı, avtomobilin sahib olduğu şəxsin xarici pasportunun seriya nömrəsini də tələb edir.

Bu ildən etibarən tətbiq edilən yenilik etibarnamə ilə Türkiyəyə səfər edənlərin saatlarla Türkiyə sərhədində qalmasına səbəb olub. Hətta avtomobilin sahib olduğu şəxsin xarici pasportunun seriya nömrəsini tapa bilməyənlər geri qayıtmalı olublar. Sürücülərin əksəriyyəti tətbiq edilən bu yenilikdən elə Türkiyə sərhədində xəbər tutub.

Bundan başqa, Azərbaycandan Türkiyəyə avtomobillə səfər zamanı avtomobil sığortası üçün müəyyən məbləğ tələb edilir. Bu məbləğ avtomobilin mühərrik həcminə görə 60, 70, 80 dollar arasında dəyişir. Lakin bu məbləği ödəməyib, daha ucuz qiymətə də avtomobilinizi sığorta etdirib, Türkiyə sərhədini keçə bilərsiniz.

2016-cı ildə tətbiq edilən yeniliyə əsasən, Azərbaycan sərhədində avtomobilinizi "Yaşıl sığorta” etdirməklə Türkiyə sərhədini daha ucuz və rahat keçə bilərsiniz (bunun Gürcüstan sərhədində ödəyəcəyiniz 30 lari sığorta haqqına aidiyyəti yoxdur). Mühərriki 1.6 at gücündə olan avtomobil üçün "Yaşıl sığorta”nın qiyməti cəmi 17 manatdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol