47 yaşlı nənə hər kəsi heyrətləndirdi + FOTOLAR

ANEWS.AZ xarici mediaya istinadən xəbər verir ki, 47 yaşlı Avstraliyalı nənə dünyanın dörd bir yanında yaşayan milyonlarca insanın diqqət mərkəzinə çevrilib.
Avstraliyada yaşayan Gina Stewart, Maxim jurnalının təşkil etdiyi yarışmada yaşının yarısı qədər olan modelləri geridə buraxdı.
Avstraliyanın Queensland əyalətində yaşayan Gina Stewart'ı görənlər onun 47 yaşında olduğuna inanmaqda çətinlik çəkir.4 uşaq bir də nəvə sahibi olan Stewart düzgün bədən quruluşu və gənc görüntüsü ilə yüksək bəyəni topladı.
Instagram'da 40 min izləyicisi olan Stewart, Maxim jurnalının yarışmasında da final qalanların sırasına daxil oldu.Yarı yaşındakı modelləri geridə buraxaraq finala qalan Stewart, 'Maxim Finest' səsverməsini qazandığı halda jurnalın Avstraliya buraxılışının üzü olacaq.
Gözəlliyinin və gənc qalmasının sirrini həyatla barışıq olmaq olduğunu söyləyən Stewart "Həyat sizi yarğılayanları düşünmək üçün çox qısadır.Yaşınız və bədən quruluşunuzla qürur duyun." dedi.










www.anews.az
























