• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin həmlələri nəticə verdi - lirə bahalaşmağa başladı

Türkiyənin həmlələri nəticə verdi - lirə bahalaşmağa başladı
15.08.2018 16:44
Türkiyədə prezident sözçüsü İbrahim Kalın son iqtisadi vəziyyətlə bağlı açıqlama verib. 

BAKU.WS-in məlumatına görə, sözcü alınan tədbirlərdən sonra vəziyyətin yaxşıya doğru getdiyini söyləyib. Onun sözlərinə görə, Türkiyə heç bir ölkə ilə iqtisadi müharibə aparmaqda maraqlı deyil. 

"Lakin bizə istiqamətli hücum olanda da buna reaksiyasız qala bilmərik. ABŞ administrasiyasının qeyri-qanuni və rasional reaksiyalarına görə məzənnədə dalğalanmalar müşahidə edildi. Bu dəyişmənin Türkiyə iqtisadiyyatı ilə heç bir əlaqəsi yoxdur. Xüsusilə böyük bir iqtisadi müharibə şəraitində türk lirəsinin ucuzlaşması üçün atılan addımları gördük. Gördüyünüz kimi, dünəndən etibarən vəziyyət yaxşıya doğru dəyişib. Türkiyə iqtisadiyyatının təməlləri möhkəmdir. Hal-hazırda dünyada ən güclü bank sisteminə sahib olan ölkələrdən biri Türkiyədir. Məzənnədəki vəziyyət göstərir ki, tədbirlər nəticə verir.

Xüsusilə, 15 yaşdan yuxarı olanlar üçün işsizlik səviyyəsi 10 faizdən azdır və hədəf 9,7 faizdir. Bu, iqtisadiyyatın məşğulluq baxımından müsbət istiqamətdə hərəkət etdiyini təsdiqləyir".

Qeyd edək ki, bir neçə gündür dollar qarşısında sürətlə ucuzlaşan türk lirəsi hətta 7 lirəni ötmüşdü. Ancaq görülən tədbirlərdən sonra Türkiyənin milli valyutası möhkəmlənməyə başlayıb. Hazırda olan rəqəmlərə görə, 1 dollar 6,1 civarındadır. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol