• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan səfirindən 6.560 dollarlıq hədiyyə

Azərbaycan səfirindən 6.560 dollarlıq hədiyyə
12.11.2014 13:30

ABŞ Dövlət Departamenti prezident Barak Obamanın ötən ilərzində xarici ölkə rəsmilərindən və liderlərindən qəbul etdiklərihədiyyələrin siyahısını açıqlayıb.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, ötən il ərzində Obama və onunadministrasiyasının üzvləri, habelə birinci xanım Mişel Obama mebeldəntutmuş ərzağa, zinət əşyalarından xalçaya qədər müxtəlif hədiyyələrqəbul edib. Amerika qanunlarına görə prezidentə və digər rəsmilərəverilən hədiyyələr xüsusi fonda təhvil verilməlidir.

Obamanın qəbul etdiyi ən bahalı hədiyyəni-bahalı daşlarla bəzədilmişqızıl-zinət kompleksini ona Bruney şahzadəsi verib. Sapfir və brilyantdaşlarla bəzədilmiş bu komplektin qiyməti 71 min 468 dollardır. QətərinVaşinqtondakı səfirinin Obamaya hədiyyə etdiyi, yantar rəngli qartalheykəli isə ikinci ən bahalı hədiyyədir-10.400 dollar.

Üçüncü ən bahalı hədiyyə də Obamaya neft ölkəsinin təmsilçisitərəfindən verilib. Azərbaycanın Vaşinqtondakı səfiri Elin SüleymanovABŞ prezidentinə qırmızı, ağ və mavi naxışlı xalça hədiyyə edib. Buxalçanın qiyməti 6550 dollardır. Qətər əmiri iə Obamaya dünyanın irişəhərlərinin təsvir olunduğu gümüşü yemək dəsti (6500 dollar), Tanzaniyaprezidenti zebr dərisi ilə bəzədilmiş 4 min dollarlıq heykəl,Sinqapurun baş naziri 4 min dollar qiyməti olan kreslo hədiyyə ediblər.

ABŞ-ın federal etika qaydalarına görə prezidentin və digər rəsmilərinqəbul etdikləri hədiyyələr saxlanılmaq və rəsmi istifadə üçün hökumətətəhvil verilməlidir.

Dövlət Departamentinin açıqladığı siyahıya əsasən münasibətləringərgin olduğiu bir vaxtda, 2013-cü ildə Obama İsrailə səfər edərkən başnazir Benyamin Netanyahu 2700 dollarlıq hədiyyə verib. Bu hədiyyəYerusəlimdən götürülmüş daşın üzərinə həkk olunmuş ABŞ və İsrailmüstəqillik bəyannamələrindən ibarətdir. Həmin səfər zamanı İsrailprezidenti Şimon Peres Obamaya ABŞ və İsrail vaxtını, hava temperaturunugöstərən 835 dollarlıq saat verib.

Həmçinin Ukrayna hadisələrinə görə ABŞ və Rusiya arasında gərginliyinbaşlamasından əvvəl prezident Vladimir Putin Obamaya və ailəsinəfarfordan düzəldilmiş kofe servisi və çay fincanı verib. Rusiyaşəhərlərinin təsvir olunduğu bu servis 1500 dollardır.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol