• $
  • €
  • ₽
  • ₺
  • £

“Ehtiyatlı olun...” - Paşinyan mitinqə hazırlaşır

“Ehtiyatlı olun...” - Paşinyan mitinqə hazırlaşır
17.08.2018 18:40
Ermənistanın baş naziri Nikol Paşinyan vəzifədə olmasının 100 günlüyü münasibətilə bu günə təyin etdiyi mitinqin keçirilməsinə bir neçə saat qalmış "Facebook”la canlı yayıma çıxaraq əhaliyə xəbərdarlıq edib.
 
AzVision.az xəbər verir ki, Paşinyan mitinqin saat 17:40-da İrəvanın Erebunu küçəsindən başlayacağını və tədricən Respublika meydanına doğru irəliləyəcəyini bəyan edib. 

Onun sözlərinə görə, mitinqin start götürəcəyi ərazi onun üçün rəmzi məna daşıyır. Çünki "məxməri inqilab” zamanı 22 apreldə Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları məhz Erebuni küçəsində onu saxlayaraq aparıblar. Lakin Paşinyanın fikrincə, bunlar artıq geridə qalıb və ölkənin güc strukturlarının əməkdaşları bu gün mitinqdə onun və əhalinin təhlükəsziliyini təmin edəcəklər.

Bununla belə, Paşinyan mitinqdə təxribatlar törədiləcəyini istisna etməyib. Onun fikrincə, bəzi qüvvələr hökumətə qarşı təxribat məqsədilə aqressiya nümayiş etdirə bilər. Odur ki, baş nazir sakinləri ehtiyatlı və soyuqqanlı olmağa çağırıb: 

"Mitinqdə çoxlu insan olacaq. İstisna etmirəm ki, təxribat törətmək üçün qəsdən göndərilmiş xüsusi adamlar da olacaq. Onların davranışına aqressiya ilə cavab verməyin və təmkinli olun. Zərurət yaranarsa polisə müraciət edin”, – deyə Paşinyan mitinqdə iştirak edəcək əhaliyə müraciət və xəbərdarlıq edib. 

Xatırladaq ki, Ermənistanda və Rusiyadakı bir sıra dairələrin fikrincə, Paşinyanın bugünkü mitinqinin əsl məqsədi Moskvaya güc nümayişidir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol