Zəvvarları aparan avtobus dərəyə aşdı - 12 ölü

Hindistanın şimalında yerləşən Cammu və Kəşmir bölgəsində zəvvarları daşıyan avtobus dərəyə aşıb.
Anews.az azvision.az-a istinadən xəbər verir ki, qəza nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər isə ağır yaralanıb. Səhər saatlarında qeydə alınan qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Ölü və yaralıların kimliyi barədə məlumat verilməyib.
www.anews.az
























