Prezidentin çıxışı zamanı Kabil raket atəşinə tutuldu

Əfqanıstan prezidenti Əşrəf Qəninin Qurban bayramı münasibətilə çıxışı zamanı paytaxt Kabil raket atəşinə tutulub.
Anews.az unikal.org-a istinadən xəbər verir ki, hücum yerli vaxtla saat 09:00-da baş verib və hədəf prezident sarayı olub.
"Zorakılığı davam etdirən qruplar var. Amma onlar raketlərlə Əfqanıstanın inkişafını dayandıra bilməzlər", - deyə Ə.Qəni bildirib.
Terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
www.anews.az
























