Alman donanması utancverici vəziyyətdədir - Nİ

Almaniya Hərbi Dəniz Qüvvələrinin vəziyyəti zəngin Avropa ölkəsi üçün utancvericidir.
Axar.az xəbər verir ki, bu barədə "Nəşnl İnterest” məlumat yayıb.
Bildirilir ki, maliyyələşmənin aşağı səviyyəsi və qeyri-kafi planlaşdırma səbəbindən alman donanması indidən özünün əsas vəzifələrini yerinə yetirmək imkanlarından məhrumdur. Problem sadəcə maliyyə çatışmazlığından ibarət deyil. Çətinliklər Almaniya Hərbi Dəniz Qüvvələrinin bütün komponentlərində mövcuddur.
Almaniya donanmasının tabeliyində 212U tipli 6 sualtıqayıq var və onların hamısı istismar üçün əlverişsiz vəziyyətdədir. Alman mətbuatı buna səbəb kimi detal çatışmazlığını göstərsə də, bunun özünü də zəngin Avropa ölkəsi üçün qəribə saymaq olar.
Məqalə müəllifləri həmçinin hərbi-dəniz aviasiyasının vəziyyətini də kəskin şəkildə tənqid ediblər. Burada təyyarələrin heç birinin döyüşə hazır vəziyyətdə olmaması Almaniya üçün böyük qəbahət olaraq göstərilib.
www.anews.az
























