• $
  • €
  • ₽
  • ₺
  • £

"Bacarırısınzsa, siz də edin!" - Fahişə cəmiyyətə meydan oxudu - VİDEO

"Bacarırısınzsa, siz də edin!" - Fahişə cəmiyyətə meydan oxudu - VİDEO
29.05.2020 00:08
"Fahişəlik edirəmsə, bu, mənim seçimimdir. Həyatıma, nə işlə məşğul olmağıma kimsə müdaxilə edə bilməz. Yəni yaxşı edirəm fahişəlik edirəm. Bacarırsınızsa, siz də edin. Mən bu yalançı, köhnəlmiş doqmalarla və iyrənc "mənəviyyat kodeksi" ilə yaşayan cəmiyyətə meydan oxuyuram".

15 yaşından bəri fahişəliklə məşğul olan Paula Keyks belə deyib.

O, Paper Magazinin "Ofisdən kənarda: Seks işçiləri həyat hekayələrini bölüşürlər" (Out of Office: Sex Workers Share Their Stories) adlı reportajının 7 "qəhrəman"ından biridir.

ABŞ-da məşhur olan seksoloq Şelbi Sells bu qadınlarla danışıb, onların nə üçün vücudlarını satdıqlarını aydınlaşdırmağa çalışıb.

Bu yeddi fahişə arasında kulinar, bağban, kompüter mütəxəssisi, müəllim, hətta sürücü də var. Daha doğrusu, onların ixtisasları belə olsa da, fahişəliyə üstünlük verirlər.

"Fahişəlik mənim seçimimdir. Peşmanam?! Düşünmürəm. Bədənimi satmaqdan həzz alıram demirəm, yox. Hər kişi ilə kiçik, qısamüddətli olsa da, eşq macərası yaşayıram. Yataqda hər şeyi sınayırıq. Və bu, mənimçün maraqlıdır. Açığı, bir kişi ilə yaşamaq çətin olardı mənə. Belə həyatı ağlıma da gətirə bilmirəm", - Paula Keyks deyib.

Karmenif adlı qadın isə hələ kollecdə oxuyanda təcavüzə məruz qaldığını, sonra universitetdə təhsil alanda kampusda iki dəfə zorlandığını deyib.

"İndi "dominant qadın" obrazındayam və müştərim olan kişiləri idarə edirəm. Dominantlıq qanımdadır. Belədirsə, niyə pul qazanmamalıyam ki?! Ağıllı insanam. Öyrəndim və hiss etdim ki, kimsə bədənimə sahib çıxa bilməz. Kimsə "o mənimdir" deyə bilməz. Ailə mənim üçün mənasız fetişdir. Axı niyə həyatımı bir kişiyə həsr etməli, bədənimi bir kişiyə qurban etməliyəm?! Vaxtımdan və bədənimdən yararlanmaq istəyirsən?! Buyur, pul ver! Yoxsa havayı faydalanmaqla həzz almaq, sonra da buna emosional, romantik adlar verib nəyəsə haqq qazandırmaq nə lazım?!"

Mişelsə hesab edir ki, əslində, ailələri dağılmaqdan qoruyur, boşanmaların qarşısını alır.

"Arvadlarından küsən, onlara hirslənən kişilər yanıma gəlirlər. Biz də stress yükünü azaldırıq. Biz olmasaq, onlar boşanarlar. İnsanlar mənə "sən fahişəsən, sən axmaqsan" deyəndə nifrət edirəm. Hamı mənə ağıl öyrətmək istəyir. Kim deyib ki, fahişələr axmaq, bisavad qadınlardır?!" - Mişel söyləyib.(Milli.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol