Uşaqları qaçıran 2 kişini diri-diri yandırıb öldürdülər

Meksikada uşaqları qaçırmağa çalışan 2 nəfər 150 nəfər tərəfindən ilk öncə döyülüb, daha sonra isə yandırılaraq öldürülüb.
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, Puebla əyalətində 53 və 21 yaşlarında olan iki kişi polislər tərəfindən saxlanılıb.
150 nəfər polis bölməsinə hücum edib. Onlar kişiləri polis bölməsindən çıxararaq üzərlərinə yandırıcı maddə tökərək yandırıblar.
Əyalət polisi uşaqları qaçıran iki nəfərin təhlükəsizliyinin yetərincə təmin edilmədiyini söyləyib.
www.anews.az
























