Beyninə qan sızan məşhur aparıcı komadadır: SON VƏZİYYƏTİ

Aktyor və "Kim Milyoner Olmak İster?" verilişinin aparıcısı Murat Yıldırım jurnalistlərin suallarını cavablandırıb.
BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, proqramın eks aparıcısı, hazırda komada olan sənətçi Kenan Işıkın son vəziyyəti ilə bağlı verilən suala belə cavab verib:
"Ailəsinə görə hələ də onu ziyarət etməmişəm. İnşallah, ən yaxın zamanda gələr və verilişin aparıcılığını etməyə davam edər".
Qeyd edək ki, K.Işık 4 il öncə getdiyi idman zalında saunadan çıxarkən ayağı sürüşüb və yıxılıb. Nəticədə beyninə qan sızan sənətçi o gündən etibarən komadadır.
www.anews.az
























