Van Dammdan Ermənistana sevgi etirafı - VİDEO

Türkiyəyə səfəri zamanı məşhur aktyor Jan-Klod Van Damm "Facebook”da canlı yayım zamanı Ermənistanı sevdiyini etiraf edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə aktyor aeroport işçisini təqdim edən zaman deyib:
"Bu Ermənistandan olan Araksiyadır. Mən Ermənistanı sevirəm”.
Videoda aktyor qeyd edir ki, Şarl Aznavur onun yaxşı dostudur. Van Damm gülərək bildirir ki, yanındakı qız onun mühafizəçisidir.
Daha sonra o, Ermənistana salam göndərir.
Aktyor Türkiyəyə biznes işlərinə görə getdiyini qeyd edib.
www.anews.az
























