London Skripalı zəhərləyənlərin adını açıqladı

Britaniya polisi Skripal ailəsinin zəhərlənməsində ittiham edilən şəxslərin fotosunu yayıb.
Axar.az xəbər verir ki, polisin saytında yerləşdirilən fotolardakı şəxslərin Rusiya vətəndaşı olduğu bildirilib. Polis onların adlarının Aleksandr Petrov və Ruslan Bəşirov olduğunu açıqlayıb.
Qeyd edək ki, bundan öncə Britaniya Skripalları zəhərləyən iki şəxs haqqında məlumata sahib olduğunu bildirmişdi.
www.anews.az
























