Türk ölkəsində qeyri-adi aksiya + FOTO

Şimali Kipr Türk Respublikasında arpanın bahalaşmasına etiraz olaraq Heyvandarlar birliyi paytaxt Lefkoşada etiraz aksiyası keçirib.
www.anews.az
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, etirazçılar aksiya zamanı yüzlərlə traktor və eşşəklə Kənd Təsərrüfatı Nazirliyinin həyətinə daxil olublar.

Onlar hökumətdən əlavə dəstək tələb ediblər. Aksiyaçıları qarşılayan nazir Erkut Şahəli dolların qiymətinin qalxdığını səbəb göstərərək təsərrüfatçıları sakit olmağa dəvət edib.
"Mənim istefam dolların məzənnəsini aşağı salarsa, dərhal vəzifədən uzaqlaşım" - nazir deyib.
Müzakirələr nəticəsiz bitib. Aksiya iştirakçıları gələn həftə etirazları davam etdirməyi planlaşdırırlar.
www.anews.az
























