Ana və xaladan ağlasığmaz əməl

Karsın Kağızman vilayətində qarın ağrısı ilə xəstəxanaya aparılan əlil qızın 20 həftəlik hamilə olduğu ortaya çıxıb.
BiG.AZ Türkiyə mətbuatına istinadən məlumat verir ki, araşdırmalardan sonra bəlli olub ki, qız anası və xalası tərəfindən pul qarşılığında kişilərlə zorla cinsi əlqəyə girməyə məcbur edilib.
Belə ki, 22 yaşlı əlil D.İ-nın hamilə olması bütün həqiqətləri ortaya çıxarıb. Onu kişilərlə cinsi əlaqəyə girməyə məcbur edən anası 44 yaşlı Songül, xalası 47 yaşlı Əminə və 11 nəfər polislər tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb. Məhkəmədə onlar barəsində 15 il 5 ay azadlıqdan məhrum etmə cəzası istənilib.
Uşağın atasının kimliyinin müəyyən etmək üçün həbs edilən 11 kişidən qan nümunəsi götürülüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
www.anews.az
























