3 ölkə liderinin Tehran sammiti başladı - Canlı

Tehranda Türkiyə lideri Ərdoğan, Rusiya lideri Putin və İran Prezidenti Ruhaninin iştirakı ilə Suriya sammiti başlayıb.
Axar.az xəbər verir ki, sammitdə çıxış edən İran Prezidenti Həsən Ruhani Suriyanın terrorizmə qarşı müqavimət göstərməyə davam edəcəyini bildirib:
"Yaxın Şərqə xarici müdaxilə qəbuledilməzdir. Yaxın Şərq xarici müdaxiləyə görə ağır dəyər ödəyib”.
O, İsrailin Suriya ərazisini tərk etməli olduğunu da bildirib.
Ruhani həmçinin qeyd edib ki, İran Suriyada mövcudluğunu qoruyub saxlayacaq.
Real TV-yə istinadla, görüşü canlı olaraq təqdim edirik:
www.anews.az
























