Dünyanın ən böyük mağarası

Səkkiz salonu olan, 680 m uzunluq və 95 metr yüksəkliyə malik Ballıca mağarası dünyanın ən böyük mağarasıdır.
Oxu.Az xəbər verir ki, mağara Türkiyənin Tokat rayonunda yerləşir.
Alimlər mağaranın varlığından 1980-ci ildə xəbər tutublar və 1995-ci ildən ziyarətçilərin maraq dairəsindədir.
Mağaranın orta temperaturu 18 dərəcədir. Havadakı nəm 54 faizdir və oksigenlə zəngindir. Buna görə də mağara astma xəstələrinin ən çox getdiyi yerlərdəndir.
Mağarada nadir bitkilər var. Bura dəniz səviyyəsindən 1085 metr məsafədədir. Alimlər mağaranın yaşının 3,4 milyon il olduğu qənaətinə gəliblər.
www.anews.az
























