Dəhşətli qətl: Arvadının sevgilisi tərəfindən öldürüldü

Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
Ankarada evində ölü tapılan kişinin arvadının sevgilisi tərəfindən döyülərək öldürüldüyü ortaya çıxıb.
Hadisə Yenimahallə bölgəsində baş verib. İddiaya görə, Halil K səhər saatlarında işə getmək üçün evdən çıxıb. Həyat yoldaşı işə getdikdən sonra Fatoş.K uşaqları qohumugildə qoyub evə geri qayıdıb. Daha sonra qadın evdə sevgilisi Dəniz.O ilə görüşüb. Bir yerdə olduqdan sonra qadın sevgilisini evdə qoyub uşaqlarını qohumgildən götürmək üçün çıxıb. Bu zaman işdən tez çıxan Halil.K evdən Dəniz.O qarşılaşıb. Evdə tutulan Dəniz.O ilə Halil.K arasında başlayan mübahisə qanla bitib.
Dəniz.O tərəfindən döyülən Halil.K aldığı zərbələrdən yerə yıxılıb. Halil.K-nın ürək döyüntülərinin dayandığını görən Dəniz.O Fatoş.K-ya sms ataraq çöldə dava etdiyini bildirib: "Qanlar içindəyəm. Gəl mənə kömək et”.
Qorxuya düşən Fatoş evə gələndə həyat yoldaşının cansız bədənini tapıb. Baş verən hadisədən qorxuya düşən qadın sevgilisi ilə birlikdə evdəki qan izlərini təmizləyib. Dəniz.O evdəki zibilləri götürüb evdən uzaqlaşan zaman Fatoş.K təcili tibbi yardıma xəbər edib. Evə gələn təcili tibbi yardımın işçiləri Halil.K-nın öldüyünu və onun üzərindən yara izlərini görüb polisə xəbər veriblər.
Dəniz.O və Fatoş.K polislər tərəfindən saxlanılıb. Dəniz.O Fatoş.K ilə 6 ildir ki, münasibətlərinin olduğunu söyləyib.
Dəniz.O və Fatoş.K haqqında qəsdən adam öldürmə maddəsi cinayət işi açılıb. Onlar haqqında çıxarıldıqları ilk məhkəmədə həbs qdilmələri barəsində qərar verilib.
www.anews.az
























