40 dəqiqə qumun altında qalan uşaq xilas edildi - VİDEO

Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar mahalında 7 yaşlı uşaq qum yığınının altında qalıb.
Ətrafdakı insanlar azyaşlını xilas etmək üçün qumu əlləri ilə qazmağa başlayıb. Nəhayət, sakinlər uşağı sağ-salamat çıxarmağı bacarıblar.
Məlumata görə, azyaşlı 40 dəqiqə boyunca qumun altında qalıb.
Həkimin müdaxiləsindən sonra uşağın səhhəti normallaşıb. (axar.az)
www.anews.az
























