Tanış olduğu qadınları restorana gətirib...

ABŞ-ın Los-Anceles şəhərində yaşayan Paul Qvadelupa Qonzales tanış olduğu qadınları aldatdığına görə cəza alacaq.
Metbuat.az "Posta.com.tr"yə istinadla bildirir ki, 45 yaşındakı fırıldaqçı adam internetdə tanış olduğu qadınları yeməyə dəvət edib və hər dəfə bir bəhanə ilə hesab ödəmədən qaçıb. Paul Qonzales bu üsulla 11 qadını aldadıb. CNN-nə açıqlama verən qurbanlardan biri "218 dollarlıq hesabı hiyləylə mənə ödətdirdi. Bu çox utancverici bir şey idi, məni çətin vəziyyətə saldı"- deyib.
Polis məsələ ilə bağlı araşdırmaya başlayıb. Fırıldaqçının 16 il həbs cəzası alacağı bildirilir.
www.anews.az
























