• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Tiflisi qarışdırır

Rusiya Tiflisi qarışdırır
06.11.2014 14:06

"Gürcüstanda indiki vəziyyət gözlənilən idi. Hazırda Gürcüstanda zahiri pərdəsi demokratiya, daxili isə avtoritarizm olan siyasi rejim hakimiyyətdədir. Bu rejimin qurduğu hakimiyyət bir gün çatlamalı idi."

Bunu ANS PRESS-ə politoloq Qabil Hüseyinli Gürcüstanda baş verən son hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, keçmiş baş nazir İvanişvili indi qeyri-hökümət təşkilatının rəhbəridir, amma dövləti kənardan idarə edir, Rusiya ilə yaxınlaşma siyasəti aparır. Prezident və baş nazir onun sözü ilə oturub-durur. Məncə, bu böhran daha da dərinləşəcək və əhalinin əhval-ruhiyyəsinə təsir edəcək. Bu prosesin sonu İvanişvilinin Rusiyapərəst rejiminin siyasi səhnədən tamamilə getməsi ilə nəticələnəcək.Q.Hüseynli deyib ki, bu proseslər Azərbaycana elə də ciddi təsir edə bilməz. Neft, qaz kəmərləri, İpək Yolu layihəsi Gürcüstandan keçir. Azərbaycanın bundan başqa Gürcüstandan asılılığı yoxdur. Gürcüstan sevinməlidir ki, Azərbaycan kimi ölkə ilə qonşudur.O, istefa verən nazirlərin Qərbə daha yaxınlığı ilə seçildiklərini, indiki böhranlı vəziyyətin yaranmasında Rusiyanın rolu olduğunu söyləyib.Politoloq Fikrət Sadıqov Gürcüstanda baş verən son hadisələri siyasi görüşlərin toqquşması ilə izah edib: "Gürcüstanda daxili və xarici siyasət aydın deyil və bu ölkə yol ayrıcında qalıb. İndiki siyasi proseslər pərdə arxasında baş verir. Gürcüstanda siyasi qüvvələrin bir hissəsi tam Qərbyönlüdür. Bura müdafiə naziri, xarici işlər naziri daxildir. Dövlət başçısı və baş nazirdə daxil olmaqla bir hissə isə düşünür ki, həm Avropa, həm də Rusiya amili nəzərə alınmalıdır. Əks halda vəziyyət gərginləşə bilər. Əlbəttə, Gürcüstandakı fikir ayrılığı siyasi böhrana yol açır. Təsadüfi deyil ki , keçmiş prezident Mixail Saakaşvili də bu prosesə qoşuldu və istefa verən simaları dəstəklədi."Politoloqun fikrincə, bu proses xarici qüvvələrin təsiri olmadan baş verə bilməzdi. Rusiya seperatçı qüvvələrinin Gürcüstan mallarına embarqo qoyması, siyasi və hərbi aksiyalar bu prosesi sürətləndirdi. İndi vahid koalisiya dağılmaq üzrədir və bu, iqtidarın fəaliyyətinə təsir göstərməyə bilməz."Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğulayıb ki, Gürcüstanda koalisiyon hökumət fərqli maraqlara xidmət edən insanlardan formalaşıb. İstefa verən nazirlər Gürcüstanın Qərblə, Avropa İttifaqı, NATO və ABŞ ilə əməkdaşlığın tərəfdarıdırlar. Digər qrup isə Rusiya ilə əməkdaşlığa üstünlük verir. Buna görə də onlar arasında mübarizə başlayıb. Onun sözlərinə görə, bu istefalar Gürcüstanın NATO və Avropa İttifaqı ilə əməkdaşlığına mənfi təsir göstərə bilər: "Böyük ehtimalla bu hadisələrdən sonra koalisiya parçalanacaq və Gürcüstan növbədənkənar parlament seçkilərinə gedəcək. Parlament seçkilərindən sonra indiki hakimiyyətin iqtidarını qoruması çətinləşə bilər. İndiki koalisyanın dağılması Rusiyanın marağında deyil."E.Şahinoğlu indiki hadisələrin Azərbaycanla münasibətlərə rəsirindən söz açıb. O deyib ki, Gürcüstan hakimiyyətinə kim gəlirsə gəlsin, Azərbaycanla münasibətləri uüksək səviyyədə saxlamaq məcburiyyətindədir. Çünki Azərbaycanın maliyyə dəstəyi olmasa Gürcüstanın vəziyyəti ağırlaşa bilər. Bunu hamı anlayır: "Bunu Saakaşvili anlayırdı və prezident olanda deyirdi ki, Azərbaycanın dəstəyi olmasa Gürcüstan Rusiyanın qarşısında faktiki təslim olardı. İndiki hökumət, - baxmayaraq ki, yeni gəldikdə müəyyən suallar ortaya qoydular, - birgə lahiyələrlə bağlı müəyyən məsələləri ön plana çıxarmağa çalışdılar. Amma sonra anladılar ki, uduzurlar və yenidən Saakaşvilinin siyasətinə qayıtdılar."ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol