• $
  • €
  • ₽
  • ₺
  • £

Linkolna prezidentlikdə kömək edən 11 yaşlı qız

Linkolna prezidentlikdə kömək edən 11 yaşlı qız
06.11.2014 09:48
ABŞ-ın 16-cı prezidenti olmuş Avraam Linkolnu demək olar ki, hamı tanıyır. Amma çox az adam bilir ki, ona saqqal saxlamağı Nyu-York ştatının kiçik bir şəhərciyində yaşayan 11 yaşlı qız məsləhət görub.15 oktyabr 1860-cı ildə ABŞ prezidenti Avraam Linkoln Qreys Bedel adlı 11 yaşlı qızdan bir məktub alır. Bu qız Nyu-York ştatının Vestfild şəhərciyində yaşayırdı və seçkilərdə Linkoln tərəfdarlarından idi. Linkolnun sifətinin çox arıq olduğunu düşünərək ona saqqal saxlamağı məsləhət görür və bunu məktubunda qeyd edir.11 yaşlı qızın Linkolna yazdığı məktubun məzmunu belə olub: “Mənim 4 qardaşım var. Onlardan biri seçkilər keçirilərkən sizə səs verəcək. Amma siz saqqal saxlasanız, mən digər qardaşlarımı da məcbur edərəm ki, sizə səs versinlər. Siz saqqal saxlasanız, daha da təmkinli görünəcəksiz. Sifətiniz çox arıq olduğuna görə, saqqal sizi daha yaxşı göstərəcək. Saqqal bütün xanımların xoşuna gəldiyi üçün onlar öz yoldaşlarını və ya istəklilərini məcbur edəcəklər ki, sizə səs versinlər. Və beləliklə də siz prezident seçiləcəksiniz”.Linkoln bu kiçik qıza 19 oktyabr 1860-cı il tarixində belə cavab verir: “Mən əvvəllər heç vaxt saqqal saxlamamışam. Sizə elə gəlmir ki, mən əgər saqqal saxlamağa başlasam, məni axmaq hesab edə bilərlər?”.Linkoln kiçik qıza yazdığı cavab məktubunda saqqal saxlamağa etiraz etsə də, qızın məsləhətinə qulaq asır və saqqal saxlamağa başlayır.6 noyabr 1860-cı ildə Linkoln Demokratlar Partiyasından olan rəqibinə qalib gəlir və ABŞ-ın 16-cı prezidenti seçilir. Bu zaman Linkolnun 51 yaşı vardı.Linkolnun saqqal saxlaması heç də hamının xoşuna gəlmirdi. Hətta bəziləri üçün onun saqqal saxlamağı bir faciəyə çevrilmişdi.Linkoln ömrünün son 4 ilini saqqal saxlamışdı və həmişə deyirdi ki, o, kiçik bir qızın məsləhətilə saqqal saxlamağa başlayıb.Çox maraqlı bir fakt: Prezident Linkoln İllinoysdan Vaşinqtona gedərkən inauqurasiya nitqi söyləmək üçün Vestfiled şəhərində dayanır. Nitqinə başlamazdan əvvəl ora toplaşanlardan soruşur ki, onların arasında Qreys adlı birisi varmı? Toplananların arasından bir nəfər əlini yuxarı qaldırır və deyir: “Var”. Linkoln həmin qızı yanına çağırır və onun əlini yuxarı qaldıraraq deyir: “Mən ABŞ prezidenti seçildiyimə görə, bu kiçik qıza minnətdaram”. Bu, Linkolna məktub yazan həmin 11 yaşlı qız idi.//Modern.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol