Sərnişin avtobusu AŞDI - 7 nəfər öldü, 25-i yaralandı

Türkiyənin Afon-Karahisar vilayətində sərnişin avtobusu aşıb.
Unikal.org-un məlumatına görə, qəza nəticəsində 7 nəfərin öldüyü, daha 25 nəfərin yaralandığı bildirilib. Bütün xəsarət alanların Türkiyə vətəndaşları olduğu bildirilir.
Yaralıların vəziyyəti orta qiymətləndirilir.
Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.
www.anews.az
























