• $
  • €
  • ₽
  • ₺
  • £

"Ağlamaqdan gözləri şişən qızlara..." - 30 illik "kedicikdən" ETİRAF

"Ağlamaqdan gözləri şişən qızlara..." - 30 illik "kedicikdən" ETİRAF
18.09.2018 12:02
Adnan Oktarın həbsilə bağlı keçirilən əməliyyatda saxlanılan təşkilatın "Bacılar" qrupunun ən stajlı "kediciyi" Ayça Pars azadlığa buraxılıb. 

BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, 30 ildir A.Oktarın yanında olan və onun televiziya, internet yayımlarına rəhbərlik edən A.Pars istintaqa 120 səhifəlik ifadə verib.

Onun ifadəsində şok məqamları təqdim edirik:

30 nəfərlik qrupda gözü kimi tuturdusa, onu döyərdi. Döymək deyəndə, sadəcə şillədən söhbət getmir. Yerdə sürüyər, başını keçəl qırxdırardı. Bir qadını alçaldacaq hər şeyi edərdi. Bu şiddətə yüz dəfələrlə şahid oldum.

Din altında çox əxlaqsızlıqlar edildi. İçəridə olanlar çox daha fərqli idi. Hücrə sistemi vardı. Birinin etdiyini digərləri bilməzdi. Başda hər zaman Adnan Oktar vardı. Onun direktivləri əmr hökmündəydi.
 
Qadınlardan ona aşiq baxışları ilə baxmalarını istəyərdi. Onu nə qədər çox sevdiklərini, ona ünvanlanan gözəl sözlər demələrini istəyərdi. Daha doğrusu, bunu tələb edirdi. Yayım zamanı bacılardan biri əgər ona aşiq kimi baxmasaydı, yayıma ara verdirib, ona işgəncə verərdi. Bu zaman kameralar söndürülürdü, yediyi yemək başından aşağı tökülür, saçlarını qayçı ilə, hətta əli ilə yolur, təhqirlər yağdırırdı.

Qızı yanına çağırıb, barmağı ilə nəbzinə baxardı. Qızın qorxudan nəbzi yüksəldiyi vaxt, "Bax, məni necə sevir? Toxunan kimi nəbzi yüksəldi" deyərdi. Ağlamaqdan gözləri şişən qızlara "Mənə eşqlə baxır. Baxanda gözləri dolur", deyirdi.

Ciddi bir mehdilik xəstəliyi vardı. Ona elə gəlirdi ki, Mehdi Sahibi Zamandır. Şəhvət və lüks düşkünü idi. Paranoyakdı. Hər kəsi sata biləcək qədər etibarsız biri idi. Təşkilatdakı bütün qadınları özünə kəniz etmişdi.

Təşkilata 15-16 yaşında qızlar da gəlirdi. Studiyaya gələn kiçik qızları yayım zamanı göstərməzdik. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol