• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Səudiyyəni nüvə ölkəsinə çevirir

ABŞ Səudiyyəni nüvə ölkəsinə çevirir
27.09.2018 19:45
ABŞ və Səudiyyə Ərəbistanı nüvə enerjisi reaktorlarının tikintisi barədə razılığa yaxındırlar, lakin nüvə silahlarının yayılmamasının ciddi standartları Səudiyyə Krallığı ilə aparılan danışıqlara problem yaradır. 
 
AzVision.az "Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Rik Perri bəyan edib. Bildirib ki, Krallığın 2 atom elektrik stansiyası (AES) tikmək istəyinə dair bu il ərzində Səudiyyə kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışıqlar aparıb. 

Danışıqlarda Səudiyyənin nüvə silahlarının yayılmaması standartlarını azaltmaq və ona uranı zənginləşdirmək və plutoniumu yenidən işləməyə imkan verilməsi ilə bağlı istəyi də müzakirə olunub. 

Lakin nüvə silahının yayılmamasının tərəfdarları ehtiyat edirlər ki, Səudiyyə bu texnologiyaları əldə edərək sonradan onları gizli şəkildə dəyişdirməklə nüvə silahının yaradılması üçün lazım olan parçalayıcı materialın istehsalı üçün istifadə edə bilər. 

Perrinin sözlərinə görə, nüvə yayılmaması standartları ilə bağlı müəyyən irəliləyiş əldə olunsa da, danışıqlar hələ də davam etdirilir. Amerikalı nazir həmçinin ümid edib ki, Səudiyyə nüvə enerjisi texnologiyalarının hamısını ABŞ şirkətlərindən alacaq. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yaxın 10 il ərzində ümumi dəyəri 80 milyard dollar olan 16 nüvə reaktoru tikmək istəyir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol