• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ "S-300"lərə qarşı İsrailə zəmanət verib

ABŞ "S-300"lərə qarşı İsrailə zəmanət verib
27.09.2018 22:18
İsrail İranın Suriyadakı hərbi iştirakını möhkəmləndirməsinə qarşı fəaliyyətini davam etdirəcək və Rusiyanın Suriyaya verəcəyi "S-300” raketdən müdafiə sistemləri İsraili bu addımından döndərə bilməyəcək.
 
AzVision.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib. 
 
Suriyaya "S-300”lərin verilməsi məsələsini ABŞ-la müzakirə etdiyini deyən Netanyahu hadisələrin istənilən inkişafı üzrə Vaşinqtondan zəmanət aldığını bildirib.

"”S-300”lərin Suriya ordusunun ixtiyarına verilməsi baş verən son proseslər kontekstində İsrailin təhlükəsizliyi üçün çox ciddi məsələlərdir. İsrailin öz istədiyi kimi Suriyaya qarşı sərbəst hərbi əməliyyatlar aparmasına və Rusiyanın tədarükünün bunu təhdid etməsinə icazə verilməyəcəyinə dair prezident Trampdan çoxsaylı zəmanətlər almışam”, – deyə Netanyahu vurğulayıb. Lakin o, həmin zəmanətlərin konkret nədən ibarət olduğuna aydınlıq gətirməyib. 

Israilin baş naziri əlavə edib ki, Aralıq dənizi üzərində Rusiyaya məxsus İl-20 təyyarəsinin vurulması daha ciddi nəticələrə səbəb ola bilərdi. Odur ki, Suriyada koordinasiya üzrə Moskva ilə dialoqu davam etdirəcəklər. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol