Rus-erməni vahid ordusunun təlimi başladı

Ermənistanın Baqramyan poliqonunda Rusiya-Ermənistan vahid ordu qruplaşmasının təlimi start götürüb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafev deyib. Onun sözlərinə görə, təlimdə motoatıcı birliklər, artilleriya, tank, kəşfiyyat, mühəndis və rabitə birlikləri ordu aviasiyasının dəstəyi ilə şərti düşmənin məhvi və bloklanmasını həyata keçirəcəklər. Təlim vahid ordu qruplaşmasının rəhbəri Tiqran Pərvanyanın rəhbərliyi ilə aparılacaq.
Astafev təlimdə hər iki tərəfdən 1000 hərbçinin və 200 texnikanın iştirak etdiyini bildirib.
www.anews.az
























