Rusiyada helikopter çaya düşdü - Ölənlər var

Bu gün səhər saatlarında Rusiyanın İrkutsk vilayətinin Bodaybo şəhərində "Robinson” şəxsi helikopteri Vitim çayına düşüb.
BakuPost xarici mətbuata istinadən xəbər verir ki, qəzaya səbəb helikopterin elektrik xətlərinə toxunması olub. Hadisə nəticəsində göyərtədə olan iki nəfər ölüb.
Helikopterin "Vitim" qızıl hasilatı artelinə məxsus olduğu deyilir.
www.anews.az
























