• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan erməni hərbçiləri Suriyaya göndərir

Paşinyan erməni hərbçiləri Suriyaya göndərir
03.10.2018 13:00
Rusiya Suriyada sülhməramlı qüvvələr yerləşdirmək istəyir. Rəsmi Moskva bu məqsədlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərlə danışıqlar aparır. Kreml istəyir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına  üzv olan dövlətlər (Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan)gələcəkdə Suriyaya hərbçilərini göndərsinlər. 

Bəs bu Moskvaya nə üçün lazımdır?

BakuPost xəbər verir ki, Rusiyanın Suriya planlarını şərh edən politoloq, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Suriya terrorçulardan tamamilə azad olunduqdan sonra burada sabitliyi bərpa etmək üçün Rusiyaya koalisiya lazım olacaq: "Suriyada terrorçularla mübarizədə uğurlar var. Terrorçuların nəzarətindəki yeganə şəhər İdlibdir. Bu şəhər də terrorçulardan azad olunduqdan sonra Suriya ərazisində sülhməramlı qüvvələrin yerləşdirilməsi vacib olacaq. Çünki terrorçular hələ bir müddət vətəndaşlara problemlər yaradacaqlar. Ona görə də Rusiyaya geniş koalisiya lazımdır. ABŞ İraq və Əfqanıstana müdaxilə zamanı oxşar koalisiyalar yaratmışdı. Məsələn, NATO-nun Əfqanıstandakı missiyasında onlarla dövlətin (Azərbaycan, Ermənistan, Qazaxıstan və s.) hərbçiləri var. Amerika bununla ona nail olur ki, terrorçularla mübarizədə müttəfiqlərinin olduğunu göstərir. Rusiya Amerikanın bu siyasətindən istifadə etmək istəyir. Yəni, Rusiya göstərmək istəyir ki, Suriyada onu da dəstəkləyən dövlətlər var.

Buna baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər Suriya məsələsində ehtiyatlı mövqe tutublar. Suriya ərazisində Şimali Qafqaz Respublikalarından xeyli terrorçu var. Bu terrorçular keçmiş Rusiya vətəndaşlarıdır. Suriyada Özbəkistan və Qazaxıstan vətəndaşı olan terrorçular da var. Ancaq Özbəkistan və Qazaxıstan Suriyadakı terrorçularla mübarizə aparmaq üçün Rusiyaya dəstək vermirlər”. 

Qazaxıstanın öz hərbçilərini Suriyaya göndərməmə səbəblərindən də danışan siyasi şərhçi sözügedən ölkənin balanslaşdırılmış xarici siyasət yürütdüyünü deyib: "Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, balanslaşdırılmış xarici siyasət həyata keçirir. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ və Fars körfəzi ölkələri ilə yaxşı münasibətləri var. Bu ilin əvvəlində ABŞ prezidenti Donald Tramp Nursultan Nazarbayevi Vaşinqtona dəvət etmişdi. Prezidentlər Ağ Evdə görüşmüşdülər. Əgər Nazarbayev hərbçilərini Suriyaya göndərsə, ABŞ və Fars körfəzindəki ərəb ölkələri ilə münasibətləri gərginləşdirmiş olacaq. Çünki ABŞ və ərəb ölkələri Suriya prezidenti Bəşər Əsədi diktator sayırlar, onu tənqid edirlər. Qazaxıstan hərbçiləri Suriyaya göndərilsə, Rusiyanın komandanlığı altında Bəşər Əsədin mövqelərini gücləndirəcəklər. Bu isə o demək olacaq ki, Qazaxıstan Bəşər Əsədi müdafiə edir. Ona görə də Nazarbayev Rusiyanın istəyi ilə Suriyaya hərbçi göndərmək istəmir”. 

E. Şahinoğlunun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərindən yeganə Ermənistandır ki, bu ölkənin baş naziri Nikol Paşinyan Suriyaya humanitar missiya göndərməyə razılıq verib. Paşinyanın isə bunda iki məqsədi var:

"Onun birinci məqsədi Rusiya ilə münasibətləri normallaşdırmaqdır. Paşinyanın siyasəti Kremli narahat edir, rusiyalı rəsmilər və diplomatlar onu tənqid edirlər. Çünki Paşinyan Ermənistanda Rusiyanın dostları sayılan siyasətçiləri həbs etmək istəyir. Paşinyan bunu etməsə hakimiyyəti zəifləyəcək. Ancaq Paşinyan bunu edərkən Moskva ilə münasibətləri gərginləşdirir. Ona görə də Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə son görüşündə ona dedi ki, Suriyaya humanitar missiya göndərməyə hazırdır. Paşinyan bu yolla Rusiya ilə münasibətləri nisbətən normallaşdırmağa çalışır.

Paşinyanın ikinci məqsədi Suriyadakı ermənilərə dəstək verməkdir. Suriyada ermənilər də yaşayır. Suriyadakı müharibə ermənilərin də vəziyyətini ağırlaşdırıb. Paşinyan Suriyaya humanitar missiya göndərməklə xaricdə yaşayan ermənilər arasında öz mövqeyini gücləndirməyə çalışır. Ancaq Paşinyan Ermənistanda parlament seçkisinə qədər xarici siyasətdə ciddi addım atmayacaq. Nikol Paşinyanın müxalifətlə başı dərddədir. O, ölkədə daxili sabitliyə nail olduqdan sonra xarici və təhlükəsizlik siyasətində dəyişiklik edə bilər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol