Səudiyyədə növbəti inqilabi qərar: Qadına yüksək vəzifə

Səudiyyə Ərəbistanında ilk dəfə banklardan birinin İdarə Heyətinə qadın rəhbərlik edəcək.
Axar.az xəbər verir ki, Alvaal Bank və Səudiyyə-İngilis Bankının birləşməsi nəticəsində yaranan SABB Lubna əl-Əlyan adlı qadına əmanət edilib.
Qeyd edək ki, Lubna əl-Əlyan Səudiyyənin siyasi-ictimai sferasında tanınan az sayda qadınlardan biridir.
www.anews.az
























