Yolun ortasında çarpayıda meyit tapıldı - VİDEO

Səudiyyə Ərəbistanında yolun ortasında çarpayıda meyit tapılıb.
BakuPost xarici KİV-ə istinadən xəbər verir ki, çarpayı Əsir əyalətinin Əxba şəhərindən 11 km aralıda aşkar edilib. Kişi narıncı parçaya bükülmüş vəziyyətdə olub.
Meyitə baxış keçirilib və onun qətlə yetirildiyi məlum olub. Səudiyyə Ərəbistanı ərazisində qanunsuz olan şəxs odlu silahlla öldürülüb.
Polis faktla bağlı araşdırma aparır.
www.anews.az
























