• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanı “diktator” adlandırdılar

Paşinyanı “diktator” adlandırdılar
09.10.2018 12:14
Son beş ayda Paşinyan və onun tərəfdarları Ermənistanda plüralizm fikirlərini öldürməyə çalışırlar. 

Oxu.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın Respublika Partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov deyib.

"Bəzi insanlar deyir ki, Paşinyan düzgün adamdır. İnsanları parlamentə aparmaq, həmkarlarını təhdid etmək, məhkəmə sistemini təzyiq altında saxlamaq düzgünlükdür? Əgər bütün bunlardan sonra onlar hələ də belə fikirləşirlərsə, mənim düzgünlük anlayışımla onlarınkı fərqlidir”, - o bildirib. 

Şarmazanov əlavə edib ki, Ermənistanda nə etməsindən asılı olmayaraq, hamının düzgün hesab etdiyi insan olmamalıdır.

"Stalin də belə bir şəxsiyyət arzu edirdi. Biz hara gedirik?!”

Mətbuat katibinin sözlərinə görə, Ermənistanın sonu çatıb. 

"Ermənistanda konstitusiya prinsiplərini və hakimiyyət bölgüsünü zorladılar. Ermənistanda ilk dəfə icra hakimiyyəti qanunverici hakimiyyətin ərazisinə soxuldu. Bonapart, Hitler də belə etmişdi. Bu, sondur. Ermənistanda plüralizm öldü. Bizdə baş nazir deyil, çar, diktator olacaq. Siz bunu istəyirdiniz? Zövq alın”, - o bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol