Həbibin döyüşdən sonra Denisə hücumunun - Əsl səbəbi

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasındakı döyüşdən sonra davaya çevrilən münaqişənin əsl səbəbi bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə TMZ informasiya yayıb.
Bildirilir ki, davaya səbəb Makqreqorun dostu Dillon Denisin Nurməhəmmədovun dini islamı təhqir etməsi olub. Rusiyalı idmançı buna dözə bilməyib və əlbəyaxa dava başlayıb. Denisin Nurhəməmmədovu həmçinin Makqreqorla döyüşün gedişi zamanı da təhqir etdiyi bildirilir.
Qeyd edək ki, Makqreqorla Nurməhəmmədov arasında keçirilən "əsrin döyüşü”ndə rusiyalı idmançı 4-cü raundda boğucu fənd tətbiq edərək rəqibini məğlubiyyətə uğradıb.
www.anews.az
























