• $
  • €
  • ₽
  • ₺
  • £

Bolqarıstanlı jurnalistin qatilini ömürlük həbs gözləyir

Bolqarıstanlı jurnalistin qatilini ömürlük həbs gözləyir
10.10.2018 22:20
Bolqarıstanlı jurnalist Viktoriya Marinovanın qətlində təqsirləndirilən 21 yaşlı Severin Krasimirov ömürlük azadlıqdan məhrum edilə bilər.

AzVision.az xəbər verir ki, bu barədə Bolqarıstanın baş prokuroru Sotir Tsaçarov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Qeyd edib ki, cinayətdə şübhəli bilinən Krasimirova qarşı qiyabi olaraq iki ittiham irəli sürülüb ki, onlar üzrə ömürlük azadlıqdan məhrumetməyə qədər cəza nəzərdə tutulub. 

"Severin Krasimirova qarşı qiyabi şəkildə iki ittiham irəli sürülüb. Birincisi, zorlama ittihamı üzrə 10 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulub. İkinci ittiham isə xüsusi amansızlıqla və bilərəkdən cinayət törətməklə bağlıdır ki, buna görə də 15-20 il, yaxud ömürlük həbs cəzası nəzərdə tutulub” - Bolqarıstanın baş prokuroru bəyan edib. 

Tsaçarov onu da bildirib ki, istintaqın indiki mərhələsində Viktoriya Marinovanın peşəkar jurnalist fəaliyyəti, yoxsa digər səbəblərdən öldürüldüyünü dəqiq təsdiqləmək mümkün deyil. 

Qeyd edək ki, araşdırmaçı-jurnalist Viktoriya Marinovanın meyiti 6 oktyabrda Bolqarıstanın şimalında - Dunay çayı sahilindəki meşə zolağında tapılıb. Onun zorlandığı, daha sonra qətlə yetirildiyi məlum olub. İstintaq jurnalistin ölümü ilə bağlı bir neçə versiyanı nəzərdən keçirir. İlkin ehtimala görə, jurnalist araşdırdığı xüsusi bir işə görə öldürülüb. Onun qatili 21 yaşlı Severin Krasimirov Almaniyada ələ keçirilib. Hazırda Almaniya məhkəməsində ifadəsi alınan Krasimirovun Bolqarıstana gətirililərək cinayət məsuliyətinə cəlb edilməsi üçün prosedur davam etdirilir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol